• Təqvim

  • Maraq



8 Noyabr – Zəfər Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi ziyarət olunub


Noyabrın 5-də Qazax Rayon Gənclər və İdman İdarəsi və idarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhərin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi ziyarət olunub. Abidə önünə tər qərənfillər düzülərək şəhidlərimiz ehtiramla anılıb. 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər və yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı.


Daha sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri, Qarabağ müharibəsi veteranları Müşfiq Eyyubov və Fazil İsmayılov çıxış edərək qeyd ediblər ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən biri oldu və bu Zəfər Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.

GOYEZEN.AZ



Facebook-da paylaş