• Təqvim

  • Maraq



8 Noyabr – Zəfər Günü ərəfəsində "Sənə and içirik, Şuşa qalası" başlığı altında tədbir keçirilib


Respublika Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 5-də imzaladığı Sərəncama əsasən bu ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Qazaxda keçirilən silsilə tədbirlər davam etdirilir.

8 Noyabr – Zəfər Günü ərəfəsində növbəti tədbir noyabrın 1-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi tərəfindən "Sənə and içirik, Şuşa qalası" başlığı altında keçirilib.

Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova tədbiri giriş sözü ilə açaraq gəncləri salamlayıb, Azərbaycanın mədəniyyət paytaxdı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin gerçəkləşməsindən, Şuşanın sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmasından danışıb.

Daha sonra müəssisənin fəal könüllüləri Ramil Abdullayev və Aytac Cəfərova Şuşanın tarixi, mədəniyyəti haqqında geniş çıxış ediblər.

Sonda gənclər Şuşa haqqında videoçarx izləyiblər.

GOYEZEN.AZ



Facebook-da paylaş