• Təqvim

  • Maraq



Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında “Mən bacardım” adlı müsabiqə keçirilib


Oktyabrın 25-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında “Mən bacardım” adlı müsabiqə keçirilib.

Müsabiqədə I,II,III yerləri tutan iştirakçılara Qazax Gənclər Evi tərəfindən hədiyyə və diplom təqdim edilib. Müsabiqədə iştirak edən digər iştirakçılara isə sertifikat verilib.

Müsabiqə iştirakçılarından Məmmədova Aydan Müşviq qızı 1-ci yerin, İsmayılova Mehriban Vüsal qızı 2-ci yerin, Bənnayeva Ayşə Şəmistan qızı isə 3-cü yerin qalibi olublar.

GOYEZEN.AZ



Facebook-da paylaş