• Təqvim

  • Maraq



Məktəblilərlə erkən nikahın qarşısının alınması mövzusunda görüş keçirilib


Oktyabrın 13-də “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin şagirdləri ilə erkən nikahın qarşısının alınması mövzusunda görüş keçirilib.

Görüşü giriş sözü ilə F.Şamoyev adına Qazax şəhər 4 nömrəli tam orta məktəbin psixoloqu Gülnarə Məmmədova açaraq şagirdləri salamlayıb, erkən nikah haqqında məlumat verib.

Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova çıxış edərək qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd erkən nikahın yaratdığı mənfi nəticələri göstərmək, problemin həllinə cəmiyyəti cəlb etmək, problemə və onun doğurduğu nəticələrə qarşı duyarlılığı artırmaqdır.

Görüş zamanı F.Rəhimova erkən nikahın yaratdığı fəsadlar (mənəvi, psixoloji və tibbi), erkən nikahın səbəbləri, qarşısının alınması yolları və ölkəmizdə bunun qarşısının alınması üçün görülən işlər haqqında geniş məlumat verib.

Sonda məktəblilər tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş