• Təqvim

  • Maraq



"Dəmir yumruq" sənədli filminin nümayişi olub


Oktyabrın 5-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin inzibati binasında Vətən müharibəsindən bəhs edən "Dəmir yumruq" sənədli filminin nümayişi olub.

Filmin nümayişindən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova tədbir iştirakçılarını salamlayıb, film haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu film Vətən müharibəsi dövründə Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çagırışına necə sevgi ilə cavab verdiklərindən bəhs olunur və bütöv bir xalqın yumruq tək birləşməsi simvolu kimi dəyərləndirir.



Facebook-da paylaş