• Təqvim

  • Maraq



“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin “Narkotiksiz sağlam həyat” adlı layihəsi uğurla icra edilib


“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz sağlam həyat” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunun 7 seçilmiş kəndində sakinlərlə görüşlər keçirib. 

20-27 sentyabr 2022-ci il tarixlərdə rayonun Ağköynək, Xanlıqlar, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı və Kosalar kəndlərində baş tutan görüşlərdə narkomaniyanın törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyan və gənclərimizin həyatını necə məhv etməsi barədə maarifləndirici söhbətlər aparılıb.  


“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Azər Əliyev layihə, donor, gələcək tədbirlər haqqında ətraflı məlumat verib, görüşün əhəmiyyətindən danışıb. A.Əliyev bildirib ki, layihənin əsas məqsədi Qazax rayonunda insanların, xüsusən də gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışlarının keçirilməsinə, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlam həyat tərzini seçməsinə kömək olmaq, gəncləri bədən tərbiyəsi və idmana yönəltməkdir.

Görüş iştirakçılarından Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin müavini Ceyhun Rüstəmov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz Şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, QMİ-nin zona qazısı İlham Suleymanov, Qazax RiH başçısının Ağköynək kənd İƏD-si üzrə nümayəndəsi Vadim Əmiraslanov, Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəsinin müavini Ərəstun Məmmədov, Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi İlqar Kazımov, nümayəndə müavini Çərkəz Adığözəlov, İkinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi Natiq Qədimov, Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini Çingiz Zeynalov, Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Müşfiq Novruzovnümayəndə müavini Ramin Nəsibov, Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Bəxtiyar Əmirov, Kosalar kənd İƏD-si üzrə nümayəndəsinin müavini Adil Məmmədzadə, layihənin könüllüsü, qol güləşi üzrə Avropa çempionu İsmayıl Mustafayev mövzu ətrafında çıxış ediblər. Layihənin önəmi haqda ətraflı danışıblar. Ümumilikdə 130 nəfərin iştirak etdiyi görüşlərdə kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənilib.

GOYEZEN.AZ



Facebook-da paylaş