• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş məktəblilər arasında komandalardan ibarət intellektual yarış keçirilib


Sentyabrın 26-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş Qazax Rayon Canalı kənd tam orta məktəbin 5-ci sinif şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə şagirdlərə ətraflı məlumat verib.

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvlərinə kubok, hədiyyə və diplom təqdim edilib.

Yarışda 9 komanda olmaqla ümumilikdə 36 nəfər şagird mübarizə aparıb.

l yeri “Qazananlar”, II yeri “Ulduzlar”, III yeri isə “Zəfər” komandası tutub.

Məmmədli Zöhrab İntiqam oğlu, Abdullayev Elmir Emil oğlu, Məmmədov Hüseyn İsmayıl oğlu, Məmmədli Ömər İntiqam oğlu I yer üzrə qalib komandanın üzvü adını qazanıblar. 

II yer üzrə qalib komandanın üzvləri isə Əliyeva Firəngiz Babək qızı, Əliyeva Lalə Müşfiq qızı, İsmayılov Müzəffər Şükür oğlu, Alməmmədov Binnət Samir oğlu olub. 

Abdurəhmanov Amin Ramin oğlu, Bayramova Leyli Turab qızı, Zeynalova Nərmin Vüsal qızı, Xəlilova Dilşad Anar qızı III yeri tutan komandanın üzvləri olublar. 

Digər komandaların üzvlərinə isə sertifikatlar təqdim edilib.


GOYEZEN.AZ



Facebook-da paylaş