21 Sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş intellektual turnir keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında 21 Sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş intellektual turnir keçirilib.
"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında 6 komanda mübarizə aparıb. 30 gəncin iştirak etdiyi turnirdə 24 sual səsləndirilib.
Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "Nizami" komandası yarışın qalibi olub. "Edelveys" II , "Xəmsə" isə III yeri tutub. Qeyd edək ki, hər üç komanda Bakı Dövlət Universitetinin Qazax filialını təmsil edib.
Sonda qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş