Əsas Səhifə > Gənclər > 21 Sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş intellektual turnir keçirilib

21 Sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş intellektual turnir keçirilib


22-09-2022, 11:58


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında 21 Sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş intellektual turnir keçirilib. 

"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında 6 komanda mübarizə aparıb. 30 gəncin iştirak etdiyi turnirdə 24 sual səsləndirilib. 

Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "Nizami" komandası  yarışın qalibi olub. "Edelveys"  II , "Xəmsə" isə III yeri  tutub. Qeyd edək ki, hər üç komanda Bakı Dövlət Universitetinin Qazax filialını təmsil edib. 

Sonda qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunub. 

GOYEZEN.AZ


Geri qayıt