• Təqvim

  • Maraq



“Mənim peşə seçimim” layihəsinin ilk görüşü keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Peşə Təmayüllü Siniflərin qrup rəhbəri Nigar Fərzəliyevanın təqdimatında “Mənim peşə seçimim” layihəsinin ilk görüşü keçirilib. 

Gənclərə mövzu ilə bağlı aşağıdakı istiqamətlər üzrə məlumat verilib. 

Nə vaxtdan Peşə Təmayüllü Siniflər layihəsinə başlanılıb?; 

Peşə Təmayüllü Siniflər layihəsinin məqsədi;

Peşə Təmayüllü Siniflərin paralel siniflərdən fərqli və üstün tərəfləri;

İxtisasla peşənin fərqi nədir?;

Peşə məktəbinin Peşə Təmayüllü Siniflərdən fərqi; 

Diskussiya şəraitində keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb. 


GOYEZEN.AZ



Facebook-da paylaş