• Təqvim

  • Maraq



Qazaxlı gənclər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ekskursiya ediblər


Sentyabrın 5-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 6 sentyabr - Dünya Kitab Oxuma Günü ilə əlaqədar Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ekskursiya təşkil edilib. 

Ekskursiya zamanı kitabxananın əməkdaşları gəncləri kitabxana ilə yaxından tanış ediblər. Gənclər kitabxana fondu və oxu zalında olublar. Bir-birindən rəngarəng kitablar dünyası olan kitabxana gənclərdə böyük maraq və sevinc yaradıb.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd gəncləri kitabxanalara cəlb etmək, onlarda kitablara qarşı marağı daha da artırmaq və mütaliə vərdişlərini inkişaf etdirməkdir.

GOYEZEN.AZ



Facebook-da paylaş