• Təqvim

  • Maraq



"Keçmişin izləri" araşdırma layihəsinə start verilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Keçmişin izləri" araşdırma layihəsinə start verilib.

Sentyabr ayının ilk fəaliyyəti çərçivəsində aktiv gəncimiz Aytən Əhmədova tərəfindən "Adət-ənənələrin, milli-mənəvi dəyərlərin təbliği" mövzusunda təqdimat həyata keçirib. 


Təqdimat aşağıdakı başlıqları əhatə edib:

Milli adət və ənənələrin mənəvi dəyərlər sistemində rolu;

Milli bayramlarımızda adət və ənənələrimizin təsviri; 

Milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı; 

Toy və yas mərasimləri;

Azərbaycan milli geyimləri haqqında; Cəmiyyətimizin inkişafında milli-mənəvi dəyərlərin rolu; 

Diskussiya şəraitində keçən təqdimatda gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.


GOYEZEN.AZ



Facebook-da paylaş