Əsas Səhifə > Gənclər > "Keçmişin izləri" araşdırma layihəsinə start verilib
"Keçmişin izləri" araşdırma layihəsinə start verilib2-09-2022, 08:31 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Keçmişin izləri" araşdırma layihəsinə start verilib. Sentyabr ayının ilk fəaliyyəti çərçivəsində aktiv gəncimiz Aytən Əhmədova tərəfindən "Adət-ənənələrin, milli-mənəvi dəyərlərin təbliği" mövzusunda təqdimat həyata keçirib. Təqdimat aşağıdakı başlıqları əhatə edib: Milli adət və ənənələrin mənəvi dəyərlər sistemində rolu; Milli bayramlarımızda adət və ənənələrimizin təsviri; Milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı; Toy və yas mərasimləri; Azərbaycan milli geyimləri haqqında; Cəmiyyətimizin inkişafında milli-mənəvi dəyərlərin rolu; Diskussiya şəraitində keçən təqdimatda gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb. GOYEZEN.AZ Geri qayıt |