"Şəxsi inkişaf" təlimləri davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Şəxsi inkişaf" təlimləri davam edir.
Növbəti təlim B.D.Karvasarski İnstitutunun məzunu, psixoloq Təranə Mərdanovanın təqdimatında "Özgüvən texnikaları" mövzusunda keçirilib.
Təlim aşağıdakı başlıqları əhatə edib:
Özgüvən nədir?;
Özgüvən azaldığı zaman nələri etməliyik?;
Özgüvən əskikliyi yaşayan insanlarda olan davranışlar;
Özgüvən sahibi olmaq üçün bilməli olduğunuz 5 maddə;
Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb, fərdi şəkildə tapşırıqlar edilib, eləcə də təlimdə müxtəlif özgüvən texnikalarından istifadə olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş