• Təqvim

  • Maraq



Qazax Olimpiya İdman Kompleksində gənclərin növbəti düşərgəsi uğurla start götürüb


Qazax Olimpiya İdman Kompleksində gənclərin növbəti düşərgəsi uğurla start götürüb. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı gənclərin düşərgəsi”ndə ölkənin 39 şəhər və rayonundan ümumilikdə 65 gənc iştirak edir. Düşərgənin ilk günündə açılış mərasimi baş tutub, istedadlı gənclər bir araya gələrək 4 komandaya bölünüblər (“Qarabağ”, “Flame”, “Liderlər”, “Alfa”).

Növbəti gün istedadlı və yaradıcı gənclər “Aktyorluq”, “Foto”, “Təsviri sənət” və “Rəqs” kimi incəsənət sahələri üzrə təlimlərə və ustad dərslərinə başlayıblar. Bundan başqa, gənclər üçün “İlk tibbi yardım” və “Fövqəladə hallarda davranış qaydaları”  mövzusunda əyani-praktiki təlimlər də keçirilib.

Asudə vaxtlarında gənclər arasında futbol və qaçış yarışları keçirilib, qalib komandalar müəyyən olunub. İdman yarışlarından başqa gənclər arasında incəsənət sahələri üzrə müxtəlif müsabiqələrin, yaradıcılıq axşamlarının, ekskursiyaların keçirilməsi də nəzərdə tutulub.

https://mys.gov.az/mtbuat/xbrlr/n/28839/qazax-olimpiya-idman-kompleksind-gnclrin-novbti-dusrgsi-ugurla-start-goturub





Facebook-da paylaş