• Təqvim

  • Maraq



Beynəlxalq Gənclər Gününə həsr olunmuş intellektual turnir keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax və Ağstafa nümayəndəlikləri və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclər arasında 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş intellektual turnir keçirilib.

"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan bilik yarışında 7 komanda mübarizə aparıb. 32 gəncin iştirak etdiyi turnirdə 20 sual səsləndirilib. 

Nəticələrə əsasən, ən çox suala düzgün cavab verən "Valhalla" komandası yarışın qalibi olub. "Matadorlar" II, "Kapitan Tahir" isə III yeri tutub.



GOYEZEN.AZ



Facebook-da paylaş