"Atma-Yarat" sosial layihəsinə start verilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Atma-Yarat" sosial layihəsinə start verilib.
Layihə çərçivəsində ilk görüş gənc dizayner Şəfa Razimovanın təqdimatında reallaşıb.
Bu layihədə yaradıcı gənclərin toxunuşu ilə istifadəyə yararsız hesab edilən plastik su qablarından əl işləri hazırlanıb, onları yenidən istifadəyə yararlı hala gətiriblər.
Qeyd edək ki, insanların sosial və iqtisadi fəaliyyəti nəticəsində istifadə müddətini doldurmuş və təbiətə zərər verən hər cür material tullantı adlandırılır. Bu tullantıların bir qismini (plastik, metal, kağız, şüşə və s.) fiziki və kimyəvi proseslərlə yenidən istifadəyə yararlı hala gətirmək mümkündür.
GOYEZEN.AZ
Facebook-da paylaş