• Təqvim

  • Unutma

  • Maraq



Gənclər arasında komandalardan ibarət intellektual yarış keçirilib


"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gənclər arasında komandalardan ibarət intellektual yarış keçirilib.

Yarışda 8 komanda olmaqla 32 nəfər gənc mübarizə aparıb.

Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə iştirakçıları salamlayıb, yarışın qaydaları, şərtləri barədə gənclərə ətraflı məlumat verib.

Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvlərinə hədiyyə və diplom təqdim edilib. Digər komandaların hər bir üzvünə isə sertifikat təqdim olunub. 

Qalib olmuş "Birlik" komandasının üzvləri Cəfərova Aytac Natiq qızı, İsmayılova Kipriyyə Seyidəli qızı, Nihat Qoca Vüqar oğlu və Mustafayeva Ülkər Fazil qızı yarışın qalibi adını qazanıblar. 

GOYEZEN.AZ



Facebook-da paylaş