Narkomaniya ilə bağlı film nümayiş etdirilib
İyulun 22-də “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə narkomaniya ilə bağlı film nümayiş etdirilib.
Filmdən öncə Qazax Gənclər Evinin metodisti Eynur Məmmərzəyev tədbiri açaraq, iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. E.Məmmərzəyev çıxışında bildirib ki, narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla narkotik istifadəçisinin müxtəlif cinayətlər törətməsinə, intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Odur ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür.
Sonra gəncləri marqlandıran suallar cavablandırılıb. Film nümayiş olunub.
Facebook-da paylaş