• Təqvim

  • Unutma

  • Maraq



26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Qalib ordu” başlığı altında dəyirmi masa keçirilib


İyunun 24-də Qazax Rayon Gənclər və İdman İdarəsi, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Qalib ordu” başlığı altında dəyirmi masa keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, ordu quruculuğunda aparılan islahatlardan söz açılıb.

 

Tədbiri giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov açaraq iştirakçıları salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. S.Namazov qeyd edib ki, şanlı Azərbaycan Ordusunun 104 illiyi qeyd olunur və bu bir əsrlik şərəfli tarix xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub. Yarandığı ilk gündən ordumuz Vətənin keşiyindədir və keçdiyi keşməkeşli yollara rağmən hər zaman fədakarlıqla mübarizə aparır, ardıcıl olaraq, neçə-neçə zəfərlərə imza atıb. Hazırda ordumuzun qüdrəti bütün dünya ictimaiyyətinə bəllidir. İstər maddi-texniki bazasına, silahlanmasına, təchizatına, istər vətənpərvərlik ruhuna, istərsə də ordu sıralarının nizam-intizamına, möhkəmliyinə, şücaətinə görə dünya ölkələri arasında ön sıralarda qərarlaşıb. Azərbaycan Ordusunun şərəfli tarixinə nəzər salsaq, görərik ki, bu bir əsrlik tarixi olan şanlı ordumuz ötən əsrin əvvəllərindən bu günə qədər, bircə dəfə də olsa, düşmənin qarşısından qaçmayıb. Əksinə, hərb meydanlarında öz şücaəti ilə fərqlənib, igidliklər nümayiş etdirib, şəhidlər verib, bütün çətinliklərə qürurla sinə gərib. Ordumuzun bu tendensiyanı şərəflə davam etdirdiyinə ən böyük nümunə adını tarixə qızıl hərflərlə yazdırmış 44 günlük Vətən müharibəsidir. 44 gün ərzində Azərbaycan Ordusu Silahlı Qvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dayanmadan ancaq irəlilədi və 30 il düşmən tapdağı altında qalan torpaqlarımız yağı düşməndən azad edildi.

Daha sonra "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təsisçisi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, fəal gənc Şəhadət Abbasov, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Hikmət Hümbətzadə mövzu ətrafında geniş çıxış ediblər. Bu gün Azərbaycan Ordusunun əlamətdar günü qalib ölkənin hərbçiləri olaraq qeyd etdiklərini bildiriblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, əldə edilən tarixi Qələbədən söz açıblar. İllər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd ediblər. Şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətiriblər. 



 

GOYEZEN.AZ



Facebook-da paylaş