• Təqvim

  • Maraq



5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar "Qara Bağ - Ekoloji terrorun annotasiyası" sənədli filminin nümayişi olub


5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyində "Qara Bağ - Ekoloji terrorun annotasiyası" sənədli filminin nümayişi həyata keçirilib. Nümayişdən sonra gənclər film barədə təəssüratlarını bölüşüblər. 

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış ekran işi Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyandan bəhs edir. 

5 iyunun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması 16 dekabr 1972-ci ildə Birəşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Bu günün keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.





GOYEZEN.AZ



Facebook-da paylaş