• Təqvim

  • Maraq



Qazaxlı gənclər "Vətəni tanı!" layihəsi çərçivəsində Qəbələyə səfər ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Vətəni tanı!" layihəsi çərçivəsində gənclər ölkəmizin gözəl təbiəti, iqlimi, turizmi, qədim tarixi abidələri, milli mətbəxi ilə seçilən şəhərlərdən biri - Qəbələyə səfər ediblər.

Səfər çərçivəsində gənclərimiz Qəbələ Heydər Əliyev Mərkəzinə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinə baş çəkiblər.

Daha sonra "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinə və Nohur gölünə infotur təşkil olunub. 

Layihənin keçirilməsində məqsəd gəncləri ölkənin tarixi yerləri ilə yaxından tanış etməkdir. 





 

GOYEZEN.AZ



Facebook-da paylaş