Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər "Vətəni tanı!" layihəsi çərçivəsində Qəbələyə səfər ediblər

Qazaxlı gənclər "Vətəni tanı!" layihəsi çərçivəsində Qəbələyə səfər ediblər


9-05-2022, 17:20


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Vətəni tanı!" layihəsi çərçivəsində gənclər ölkəmizin gözəl təbiəti, iqlimi, turizmi, qədim tarixi abidələri, milli mətbəxi ilə seçilən şəhərlərdən biri - Qəbələyə səfər ediblər.

Səfər çərçivəsində gənclərimiz Qəbələ Heydər Əliyev Mərkəzinə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinə baş çəkiblər.

Daha sonra "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinə və Nohur gölünə infotur təşkil olunub. 

Layihənin keçirilməsində məqsəd gəncləri ölkənin tarixi yerləri ilə yaxından tanış etməkdir. 





 

GOYEZEN.AZ


Geri qayıt