Qazaxda "Alı Mustafayev - 70" adlı bədii qiraət müsabiqəsi keçirilib
Gənclərin İnkişaf və Karyera
Mərkəzinin Qazax nümayəndəliyi və "Öyrədərək Öyrənirik" Gənclərin
İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə
"Alı Mustafayev - 70" adlı bədii qiraət müsabiqəsi keçirilib. Milli Qəhrəmanın adını daşıyan Qazaxbəyli kənd tam
orta məktəbdə təşkil olunan müsabiqə şəhidin xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi ilə başlayıb. Sonra A.Mustafayevin həyat və yaradıcılığı barədə
məlumat verilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin direktoru İsmayıl Süleymanov əməkdar jurnalist, publisist,
şair Alı Mustafayevin xatirəsinə həsr olunan müsabiqənin qaydaları barədə
məlumat verib. Şəhidin bacısı Bəsti Yaqubova isə tədbirin təşkilində əməyi
keçən hər bir kəsə öz təşəkkürünü bildirib və müsabiqə iştirakçılarına uğurlar
arzulayıb. Daha sonra iştirakçıların ifasında
şeirlər səsləndirilib. Münsiflər heyətinin qərarına əsasən, Aysun Yusifli
müsabiqənin qalibi adına layiq görülüb. Nihat Qurbanov ikinci və Bahar Qocayeva
isə üçüncü yeri tutub. Qalib və mükafatçılar müvafiq
diplomlar və qiymətli hədiyyələrlə təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş