• Təqvim

  • Maraq



YAP Qazax Rayon Təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib


Aprelin 7-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yeni "Qazax Gənclər evi” ərazi partiya təşkilatı təsis edilib.

Yığıncaq iştirakçıları əvvəlcə partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


 

Təsis yığıncağını giriş sözü ilə açan "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov müəssisə barədə məlumat verib. Bildirib ki, burada çalışan işçilər arasında Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunan şəxslər vardır. Onlar müəssisədə yeni ərazi partiya təşkilatının təsis edilməsi barədə müraciət ediblər. Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı sədri bununla bağlı müvafiq qərar qəbul etmişdir.

Sonra yığıncaqda təşkilati məsələyə baxılıb. "Qazax Gənclər evi” yeni ərazi partiya təşkilatına Vüsal Hüseynov sədr, Eynur Məmmərzəyev sədr müavini seçiliblər.

Yığıncaqda iştirak edən YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək yeni seçilən sədri və müavini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. A.Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklər, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlar, yeni qəbul olunan Əsasnamələr barədə ətraflı danışıb.






GOYEZEN.AZ



Facebook-da paylaş