• Təqvim

  • Maraq



31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

 

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Qazax filialının tarix müəllimi Ülviyyə Bayramova azərbaycanlılara qarşı törədilən soyqırım hadisələrindən bəhs edərək xatırladıb ki, 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Daha sonra qeyd edilib ki, bu kimi faciələrin təkrar olunmaması üçün tariximizdən dərs götürməli və vətənpərvər gənclik yetişdirməyə davam etməliyik.

Tədbirdə iştirak edən ali məktəbin tələbələri mövzu ətrafında çıxış ediblər, eyni zamanda, o dövrdə baş verən hadisələr haqqında müzakirələr aparıblar.


 

GOYEZEN.AZ



Facebook-da paylaş