• Təqvim

  • Maraq



31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qanlı tarix” başlığı altında dəyirmi masa keçirilib


Martın 31-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə əlaqədar "Qanlı tarix” başlığı altında dəyirmi masa keçirilib.

Qazax Gənclər evində keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. S.Namazov qeyd edib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində görülən ən qanlı faciələrdən biridir. Bu dəhşətli faciənin obyektiv mənzərəsini ortaya qoymaq məqsədilə Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərman  imzaladığını, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə  31 Mart - Azərbaycanlıların Soyqırım Günü elan edildiyini söyləyib.

Sonra Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktoru Ruslan Rzayev, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, BDU-nun Qazax filialının tələbəsi Minayə Alıyeva mövzu ətrafında geniş çıxış ediblər. Çıxış edənlər xalqımızın başına gətirilən müsibətlərin, soyqırımların heç zaman unudulmayacağını, gələcək nəsillərə çatdırılması istiqamətində hər kəsin səfərbər olmalı olduğunu diqqətə çatdırıblar.





 

GOYEZEN.AZ



Facebook-da paylaş