“Elimizə yaz gəlir” başlığı altında yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib
Martın 15-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Elimizə yaz gəlir” başlığı altında yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib.
Qazax Gənclər evində keçirilən tədbirdə ümumilikdə 49 nəfər iştirak edib.
Sərgini Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, sərgi barədə gənclərə ətraflı məlumat verib. Səmimi ürək sözlərini çatdıraraq əl işləri sərgilənən gənclərə uğurlar arzulayıb.
Sərgidə baharı tərənnüm edən 23 əl işi nümayiş etdirilib. Sərgilənən işlər yeniyetmə və gənclərin böyük marağına səbəb olub.
GOYEZEN.AZ
Facebook-da paylaş