Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Qan yaddaşımız” başlığı altında bədii-qiraət müsabiqəsi keçirilib
Fevralın 25-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Qan yaddaşımız” başlığı altında bədii-qiraət müsabiqəsi keçirilib.
Tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müsabiqəni giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov açaraq iştirakçıları salamlayıb, Xocalı soyqırımı haqqında ürək sözlərini bölüşüb.
Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Keçirilən müsabiqənin əhəmiyyətindən danışan direktor Xocalı faciəsinin gələcək nəsillərə çatdırılmasında, bütün dünyaya təqdim olunmasında bu cür müsabiqələrin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Müsabiqədə münsiflər heyətinin nəticələrinə əsasən Vəlizadə Ayan Adil qızı, Nəbiyeva Nazilə Mehdi qızı, Süleymanlı Məryəm Mədət qızı, Tatlıyeva Nərmin Nərman qızı, İsmayılova Təhminə İslam qızı, Qasımova Sənubər Vüsal qızı I yerlərə layiq görülüblər., Qocayeva Dəniz Samir qızı, Musayeva Aysun Alik qızı, Hacıməmmədova Ofelya Əflatun qızı müsabiqənin ikincisi olublar. Vəliyeva Mətanət Anar qızı, Quliyeva Sunar Teymur qızı, Süleymanlı Xalidə Xəyal qızı isə III yerləri tutublar.
Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq Diplomları və hədiyyələri ilə təltif olunublar.
Müsabiqədə fəal iştirak etdiyinə görə 10 nəfər iştirakçıya isə həvəsləndirici Diplomlar təqdim edilib.
Qazax Gənclər Evində keçirilən müsabiqədə ümumilikdə 45 nəfər iştirak edib.
Facebook-da paylaş