Səyyar Gənclər Xidmətinin son dayanacağı Daş Salahlı kəndi olub
Səyyar Gənclər Xidməti Qazax rayonunda başa çatıb. Xidmətin son dayanacağı Daş Salahlı kəndi olub.
Fəaliyyət ərzində kənd gəncləri ilə əyləncəli, öyrədici, möhtəşəm bir gün keçirilib, gəncliyin bizə verdiyi imkanlardan maksimum istifadə edilib.
Xidmət çərçivəsində gənclər üçün müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər təşkil edilib.
Xidmət çərçivəsində İkinci Şıxlı, Yuxarı Salahlı, Kosalar, Ağköynək, Ürkməzli, Çaylı, Xanlıqlar və Daş Salahlı kəndlərində təşkil edilən görüşlər zamanı əyləncə proqramları təşkil edilərək gənclər arasında müxtəlif intellektual və idman yarışları keçirilib. Qaliblər hədiyyələrlə mükafatlandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş