Qazaxda gənclər arasında maarifləndirici tədbirlər çərçivəsində “Bir narkomanın həyatı” sənədli filmi nümayiş olunub
Sentyabrın 29-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın tələblərinə uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması məqsədilə gənclər arasında maarifləndirici film nümayiş etdirilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışıb. Azərbaycan dövlətinin narkomaniyaya qarşı ciddi şəkildə mübarizə apardığını, onun yaratdığı problemlərin aradan qaldırılması üçün müxtəlif işlər görüldüyünü, narkomanlığa qarşı mübarizədə yeniyetmə və gənclərimizi qorumaq üçün maarifləndirmə və təbliğat işlərinə geniş yer verilməsinin vacibliyini xüsusi vurğulayıb. Narkomaniya ilə mübarizə istiqamətində Qazax rayonunda da çoxsaylı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Sonda "Bir narkomanın həyatı” sənədli filmi nümayiş olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş