Qazaxda "e-future"- aztəminatlı gənclərə İKT bilik və bacarıqlarının aşılanması” layihəsi çərçivəsində təşkil olunan kompüter kursunda təlimlər başa çatıb
Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Toğrul Musalının icra etdiyi "e-future"- aztəminatlı gənclərə İKT bilik və bacarıqlarının aşılanması” layihəsi çərçivəsində təşkil olunan kompüter kursunda təlimlər başa çatıb.
Sonuncu - onuncu təlim günündə "Microsoft PowerPoint" proqramı tədris olunub. Sonda layihəni uğurla başa vuran 25 gəncə Sertifikat təqdim edilib.
Qeyd edək ki, layihənin məqsədi Qazax şəhərində aztəminatlı ailələrdən olan gənclər, eləcə də tələbələr üçün ödənişsiz kompüter kursunun təşkili olub. Kursda dərslər təcrübəli təlimçi İradə Həsənova tərəfindən keçirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş