• Təqvim

  • Maraq



Qazaxda 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub

Yanvarın 30-da “Qazax Gənclər evi” sosial xidmət müəssisəsində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Qazax Rayon İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin və “Qazax Gənclər evi” SXM-nin birgə tərəfdaşlığı ilə keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi şöbənin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, qazilər, müharibə iştirakçıları, həmçinin fəal gənclər iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlayıb. Daha sonra iştirakçılar Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Ə.məsmalıyev Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması və inkişaf mərhələlərindən söz açaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşbu siyasətin bu gün də uğurla davam etdirildiyini söyləyib. O, qeyd edib ki, gənclər cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və düzgün, vətənpərvər, peşəkar və məsuliyyətli vətəndaş yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Natiq Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Ə.Məsmalıyev müasir Azərbaycan gənclərinin formalaşmasında Heydər Əliyev siyasi irsinin mühüm rol oynadığını qeyd edib. O, vurğulayıb ki, düzgün vətəndaş yetişdirmək, gəncləri milli-mənəvi dəyərlərə sadiq, savadlı və təşəbbüskar ruhda tərbiyə etmək dövlətin əsas məqsədlərindəndir.Prezident İlham Əliyevin gənclər siyasətinin davamlı və sistemli xarakter daşıdığını, gənclərin ölkənin inkişafında aparıcı qüvvələrdən biri kimi çıxış etdiyini qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi şöbənin müdiri Gulaya Həsənovaçıxış edərək gəncləri rayon rəhbərliyinin adından salamlayıb, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi təbriklərini, ürək sözlərini çatdırıb. G.Həsənova Ulu Öndərin1 fevral 1997-ci il tarixində imzaladığı Sərəncamaəsasən fevralın 2-sininAzərbaycan Gəncləri Günü kimi qeyd olunmasını gənclərə olan dövlət qayğısının bariz nümunəsi, dahi şəxsiyyətin gənclərə olan ən böyük töhfəsi kimi qiymətləndirib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Gününün təntənəli şəkildə qeyd edilməyə başlandığını söyləyib. Müavin gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli şəkildə uğurla aparıldığını bildirib. O, vurğulayıb ki, gənclərin sosial, siyasi və intellektual inkişafı dövlət üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə qəbul edilən qərarlar ölkənin uzunmüddətli inkişaf hədəflərinə xidmət edir. G.Həsənova qeyd edib ki, ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş polkovnik-leytenant İsgəndər Mustafayev çıxış edərək öz növbəsində gəncləri 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclər üçün yaradılan imkanlar və dövlət qayğısından danışıb. Azərbaycan gənclərinin həmin qayğını öz əməli işləri, qazandıqları nailiyyətlərlə doğrultduqlarını qeyd edib. Bunun bariz nümunəsi olaraq 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində gənclərin göstərdikləri şücaətləri, qəhrəmanlıqları göstərib.

Tədbirdə gənclər siyasətinin həyata keçirilməsində və Qazax rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup gənc Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları və hədiyyələri ilə təltif olunublar.

Tədbir Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin təqdimatında bədii hissə ilə davam etdirilib, sonda kollektiv xatirə şəkli çəkdirilib.



Facebook-da paylaş


{sape_links}