Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində » Göyəzən internet portalı


Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdlərini əhatə edən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Aksiya çərçivəsində ölkə gəncləri bölgələrin qədim tarixi, mədəniyyət abidələri, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlar.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
GÖYƏZƏN.AZ saytının verdiyi məlumata görə bu gün məktəblilərin payız tətili ilə əlaqədar şagirdlərin yenidən ölkənin regionlarına səfərləri başlayıb. Tur-aksiya çərçivəsində Qazax məktəbliləri səhər saatlarında Heydər Əliyev adına parka toplaşıblar. Burada onlar ulu öndər Heydər Əliyevin xatirəsini anaraq abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Sonra məktəblilər parkdan Lənkərana yola düşüblər. Rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər şagird Lənkəran, Masallı və Astaranın gəzməli, görməli, tarixi yerlərinə səfər edəcəkdir. Noyabrın 12-dən 15-nə qədər davam edəcək səfər çərçivəsində bölgə ilə əyani tanışlıq, tarixi yerlərə ekskursiya olacaqdır.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Məktəblilər cənub bölgəsi ilə yaxından tanış olmaqla, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Tur-aksiya şagirdlərə ölkə barədə ətraflı məlumat qazandırmaqla yanaşı, eyni zamanda, məktəblilər arasında əlaqələrin qurulması və dostlar qazanmaq imkanı da yaradır. Məktəblilər bu gün axşam saatlarında cənub regionunda olacaqlar.


Facebook-da paylaş