• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

BDU-nun Qazax filialında Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Bu gün Bakı Dövlət Universitetinin Qazax filialında “1 mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbir keçirilib. Filialın Heydər Əliyev auiditoriyasında keçirilən tədbirdə müəllimlər, tələbələr, KİV nümayəndələri iştirak edib.

Tələblərlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev tədbiri giriş sözü ilə açaraq Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır. Bildirib ki, Ümumdünya Mülki Müdafiə Təşkilatı 1972-ci il martın 1-dən fəaliyyət göstərir. Azərbaycan Respublikası bu beynəlxalq təşkilatda 1993-cü ildən təmsil olunur. Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, konfranslar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur.

Filialın baş müəllimi Sevda Məmmədəliyeva “1 mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş geniş məruzə ilə çıxış edərək qeyd edib ki, bu tipli tədbirlərin keçirilməsində əsas məqsəd tələbələrin baş verə biləcək fövqəladə hallara hazır olması, onların fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi haqqında geniş məlumatların verilməsidir.

Sonra filialın təsərrüfat şöbəsinin müdiri Məmmədəli Abdullayev, Mülki Müdafiə qərargahının rəisi İlqar Nəbiyev, tələbələrdən Ələmdar Əsgərov və Səbinə Camalova söz alaraq əhalinin mülki müdafiə sahəsində biliklərini daim diqqət mərkəzində saxlamaq, xüsusilə də müəllim və tələbələrin mülki müdafiə işinin təşkilini, onun məramını, eləcə də fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və bu bilikləri mütəmadi olaraq aşılamalarının vacibliyini ön plana çəkiblər.

“Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl tədbirdə iştirak edib.

BDU-nun Qazax filialında Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
BDU-nun Qazax filialında Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
BDU-nun Qazax filialında Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
BDU-nun Qazax filialında Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
BDU-nun Qazax filialında Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
BDU-nun Qazax filialında Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
BDU-nun Qazax filialında Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş