Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub » Göyəzən internet portalı


Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub

Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
“Fəxri qazaxlılar” parkında ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Qayıbovun qohumları, hərbiçilər, gənclər, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak edib.
Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov anım mərasimində iştirak etmək üçün “Fəxri qazaxlılar” parkına gələrək təyyarəçinin büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini yad edib. Qəhrəman təyyarəçinin ruhuna dua oxunduqdan sonra xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Fərrux ağa Qayıbovun qəhrəmanlıq dolu həyat yolundan söz açaraq onun qısa, lakin nümunəvi bir ömür sürdüyünü qeyd edib. Bildirib ki, Qazax torpağı nəinki şair və yazıçılar, elm xadimləri yetirib. Eyni zamanda Qazaxda doğulub boya-başa çatmış onlarla insan öz adlarını hərb tarixinə qızıl hərflərlə yazdırıblar. Belə hərbiçilərdən və qəhrəmanlardan biri də Fərrux ağa Qayıbovdur. Bu gün biz onu yad etməklə öz tarixi keçmişimizə, öz hərb tariximizə və qəhrəmanlıq salnaməsinə bir daha öz ehtiramımızı bildiririk.
Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
Sonra tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal F.Qayıbovun Azərbaycan hərb tarixindəki rolundan danışaraq onun qəhrəmanlıq dolu həyatının hər bir gənc üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, biz bu gün fəxr edirik ki, Fərrux ağa Qayıbov kimi həmyerlimiz var.
Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
Əməkdar müəllim, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev çıxış edərək F.Qayıbovun keçdiyi şanlı həyat yolundan danışıb. Bildirib ki, Qazax qəzasının Qıraq Salahlı (indiki Aşağı Salahlı) kəndində doğulub boya-başa çatan F.Qayıbov kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirdikdən sonra Tiflis Kadet Korpusunda təhsil alıb. 1910-cu ildə oranı əla qiymətlərlə bitirərək üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olub. 1913-cü ildə hərbi məktəbi bitirərək podporuçik rütbəsi alan Fərrux Ağa xidmət etmək üçün 39-cu artilleriya briqadasına göndərilib, sonradan isə məşhur İlya Muromets-16 ekipajına qəbul edilib.
Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
Birinci dünya müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndəriblər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borunaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar. Yaxın zamanlaradək poruçik Fərrux ağa Qayıbovun dəfn olunduğu yer naməlum qalırdı. Belarusiyalı könüllülər Boruna qəsəbəsi yaxınlığındakı çağdaş dövrümüzdə bərpa edilən alman məzarıstanında Fərrux Qayıbovun uyuduğu son mənzilini aşkarlamışlar.

Sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Ramiz Tağıyev, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin hərbi rəhbəri İsəbalı Mustafayev çıxış edərək öz ürək sözlərini bildiriblər.

AYB-nin üzvü, şair Kazım Kazımlı qəhrəman təyyarəçiyə həsr etdiyi şeiri oxuyub.

Elçin İSMAYIL

Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
Qazaxda ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub


Facebook-da paylaş