Çoxmənzilli binalar yeni görkəm alır - » Göyəzən internet portalı


Çoxmənzilli binalar yeni görkəm alır - Qazaxda

Çoxmənzilli binalar yeni görkəm alır -
Qazax şəhərində artıq bir neçə aydır ki, çoxmənzilli binaların təmirinə başlanılıb. Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq Qazax şəhərindəki bütün çoxmənzilli binalarda təmir işləri həyata keçirilir.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu gün təmir işləri ilə tanış olmaq üçün şəhərdəki çoxmənzilli binalarda olub. İş prosesi ilə yaxından maraqlanan icra başçısı bütün binalara baş çəkib. Qeyd edib ki, hal-hazırda şəhərdəki 77 çoxmənzilli binada təmir işləri gedir. Onların böyük əksəriyyətində təmir-bərpa işləri başa çatdırılıb. Bir hissəsində isə bu işlər davam etdirilir.

Onu da qeyd edək ki, binaların dam örtüyündə, fasad hissəsində, dəhliz və bloklarda təmir işləri aparılır. Eyni zamanda binaların giriş hissəsinə yeni dəmir qapılar qoyulur. Artıq binaların əksəriyyətində təmir-bərpa işləri nəzərdə tutulan vaxtdan tez başa çatıb və binalar yeni bir görkəm alıb. Təmir aparılan digər binlarda isə bu işlər sürətlə davam etdirilir.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov təmir işləri ilə yaxından tanış olduqdan sonra inşaatçıların gördüyü işləri yüksək qiymətləndirib. Onlara öz tapşırıq və tövsiyələrini verərək təmir işlərinin tam başa çatdırılması üçün icra hakimiyyəti tərəfindən hər cür dəstək göstəriləcəyini bildirib.

GOYEZEN.AZ

Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -
Çoxmənzilli binalar yeni görkəm alır -


Facebook-da paylaş