• Təqvim

  • Unutma

  • Maraq



Qazaxdan ölkə Prezidentinə ünvanlanmış növbəti minnətdarlıq məktubları


Ruslan Vəliyev yazır:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

İlk növbədə, qeyd etmək istəyirəm ki, mən bir Azərbaycan gənci olaraq Sizin yürütdüyünüz məqsədyönlü siyasəti bəyənir və dəstəkləyirəm.

Təəssüf ki, 2020-ci ildə dünyamız, doğma Vətənimiz, canımız Azərbaycanımız böyük bəla ilə üzləşdi. Lakin Sizin və hörmətli Mehriban xanımın qətiyyətli qərarları ilə ölkəmiz bu bəladan da üzüağ çıxmaqdadır.

Əminəm ki, apardığınız müdrik siyasət sayəsində biz gənclər yenidən ölkəmizin uğurlu gələcəyi olacağıq. Mən Sizə və hörmətli Birinci vitse-prezidentimizə Azərbaycan gənci kimi dərin təşəkkürümü bildirirəm. Allah Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma cansağlığı versin. Allah Sizi qorusun. Biz birlikdə güclüyük!

Hörmətlə,

Vəliyev Ruslan Elşad oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu, Yuxarı Salahlı kəndi. 

01 may 2020-ci il


Kərəm Əfəndi yazır: 

Möhtərəm cənab Prezidentimiz.

Bir gənc olaraq Sizin bu çətin vaxtda xalqımız, dövlətimiz üçün gördüyünüz işləri dəyərləndirməyə bilmərəm. Hər zaman Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini, rifahını üstün tutmusunuz. Sizin atdığınız addımlar, gördüyünüz bütün işlər ölkəmizdə milli həmrəyliyi bu günə qədər müşahidə olunmayan dərəcədə artırıb. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz xalq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdirdik, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə. Təbii ki, ilk növbədə, dövlət, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər Sizin rəhbərliyinizlə xalqımıza xas olan ülvi xüsusiyyətləri nümayiş etdirdilər. Ulu Öndərimiz deyirdi: "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”.

Bəşəriyyətin böyük bir bəla ilə mübarizə apardığı zamanda Sizin vaxtında həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərlə ölkəmiz bu virusdan az zərər çəkən dövlət kimi dünyaya örnək oldu. İlk olaraq təhsil müəssisələrində dərslərin dayandırılması biz tələbələrin sağlamlığının və təhlükəsizliyinin Sizin üçün nə qədər önəmli olduğunu bir daha sübut etdi. Evdə qalmağımıza baxmayaraq, bir gün də olsun təhsilimizdən geridə qalmadıq. Sizə və ailənizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Əfəndi Kərəm Kənan oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu. 

02 may 2020-ci il



Facebook-da paylaş