Ürkməzli kəndində səyyar görüş keçirilib
Bu gün 2020-ci ilin proqramına uyğun olaraq Ürkməzli kəndində ilk səyyar görüş keçirilib. Cənab
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə
əsasən hər həftə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçiriləni
görüşdə 2019-cu ilin uğur və nailiyyətləri, həyata keçirilən genişmiqyaslı
işlərlə yanaşı sakinləri narahat edən məsələlər də dinlənilib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq 2020-ci ilin
gəlişi münasibətilə səmimi arzularını çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas
məqsədinin sakinlərin qayğılarını dinləmək, onlartərəfindən qaldırılan məsələlərin, səslənən fikirlərin həlli istiqamətində
əməli işlər görmək olduğunu bildirib. Bundan əlavə, vətəndaşları narahat edən
məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə
yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında
məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb. Ölkə başçısının növbəti dəfə Prezident seçildikdən
sonra yürütdüyü məqsədyönlü dövlət siyasətindən, son vaxtlar dövlət
məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən,
apardığı iqtisadi və kadr islahatlarından, vətəndaşlara göstərdiyi diqqət və
qayğıdan danışan rayon rəhbəri sadalananların birbaşa xalqa xidmət edən əsas
amillər olduğunu qeyd edib. Buna misal olaraq əhalinin maddi rifah halının,
sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı
Fərman və Sərəncamları, istər ölkə başçısının, istərsə də Birinci
vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısını göstərib.
Qeyd edib ki, Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə
də 2019-cu il ərzində həyata keçirilən iqtisadi islahatlar bir daha sübut etdi
ki, Azərbaycanda yürüdülən məqsədyönlü dövlət siyasətinin mərkəzində hər zaman
ölkə vətəndaşı dayanır və bundan sonra da dayanacaq. Ölkə rəhbərinin iqtisadi
islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan
danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də
layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan
çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum
əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200
manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan
işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının
rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib.
Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli
əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist
addım kimi qeyd edib. "Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər
siyasəti Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında uğurla davam
etdirilir”, - deyən icra başçısı ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər
cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 30 dekabr
2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini
də həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi olaraq göstərib. 2016-2019-cu illərdə
rayonda görülən işləri müqayisə edən icra başçısı Respublika Prezidentinin
diqqət və qayğısı sayəsində abadlıq və quruculuğun hər il daha geniş vüsət
aldığını söyləyib. Rayon rəhbəri Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və
açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça
müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun,
İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax
Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa
edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə
verilməsini, "Saloğlu” fərdi mebel
firması tərəfindən yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan
qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib.Ən əsası da
rayon üçün böyük əhəmiyyət daşıyan layihələrdən birinin - 10 korpusdan ibarət 145 çarpayılıq Rayon
Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin başa çatdırılmasını 2019-cu ilin uğuru kimi qeyd
edib. Eyni zamanda böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin və
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərinin uğurla
davam etdirildiyini bildirib. Rayon rəhbəri 2019-cu ilin məktəb tikintisi
baxımından da yaddaqalan olduğunu, "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət
qayğısı kimi qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta
məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176
şagird yerlik Kosalar kənd tam orta
məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını,
yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün
220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180
şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan
uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi göstərib. İcra başçısı rayonda
azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün
böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim
diqqət mərkəzində saxlanıldığını söyləyib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq
bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini
bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, son 3 ildə rayon üzrə mövcud olan 25
bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını
vurğulayıb. İcra başçısı qeyd edib ki, bu gün
bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Ürkməzli kəndi də
həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə
tutulub. Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən dövlət
qayğısından danışan icra başıçısı bu qayğının Qazaxda da daim hiss olunduğunu
bildirib. Bu gün rayonda Qarabağ müharibəsi əlili və şəhid ailəsi olaraq 192 nəfərin
ev növbəsində olduğunu, bu il 35 nəfər üçün ev tikintisinin nəzərdə tutulduğunu
qeyd edib. Rayon rəhbəri uzun
illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını
bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər
rayonun Qazaxbəyli, Ürkməzli,
Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək,
Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib.
Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də
subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən
rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli
suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə
Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü
işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama
əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı,
Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını
qeyd edib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 190-dan artıq
subartezian quyusu fəaliyyət göstərir ki, bunun da 60-dan çoxu son 3 ildə istifadəyə
verilib. Dövlət Proqramında suabartezian quyuları ilə bağlı bəndin salındığını
qeyd edən rayon rəhbəri bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və
həmçinin Ürkməzli kəndində də qazılmasının nəzərdə tutulduğunu vurğulayıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla
bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən
işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu
Ayrım, Fərəhli, Cəfərli və Bala
Cəfərli kəndlərində SİP kabelləşmənin 100 faiz başa
çatdığını qeyd edib. Rayon rəhbəri Dövlət Proqramında əksini
tapan məsələlərdən birinin də məhz SİP kabelləşmə olduğunu vurğulayıb. Digər kəndlərdə olduğu kimi, Ürkməzli kəndində də SİP
kabelləşmənin tam başa çatdırılacağını bildirib. Ürkməzli kənd sakinlərindən Nüsrət Musayev, kənd tam orta məktəbin direktoru İlqar Miralayev, tibb məntəqəsinin müdiri Şirudə Mehrəliyeva, Süleyman Rzayev, Minarə Süleymanova, İlqar Vələdov, Dəmirçilər kənd tam orta məktəbindirektor müavini Gülnar Osmanova və başqaları
çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və
qayğı göstərdiyinə görə minnətdarlıqlarını bildiriblər. Rayonda, o cümlədən
Ürkməzli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu
yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya
görə Prezident İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə bütün kənd sakinləri
adından təşəkkürlərini çatdırıblar. Xüsusilə
də kənddə su probleminin qismən də olsa aradan
qaldırılmasına və həmin işlərin bu il də uğurla davam etdirilməsinə görə
razılıqlarını ifadə ediblər. Vətəndaşların Ürkməzli kəndində uşaq bağçasının
açılması ilə bağlı müraciətlərini dinləyən
rayon rəhbəri bu məsələyə də diqqətlə baxılacağını və nəzərdə tutulduğunu bir
daha söyləyib. GOYEZEN.AZ
Facebook-da paylaş