Qazaxda 2019-2020-ci tədris ilində təhsilin keyfiyyətinin artırılmasına dair növbəti müşavirə keçirilib
Bu gün hər kəsə yaxşı məlumdur
ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsindən
asılıdır və bu sahənin inkişafı hər bir ölkə üçün inkişaf konsepsiyasının mühüm
tərkib hissəsi hesab edilir. Sevindirici hal isə odur ki, müstəqil Azərbaycan
da bu ölkələr sırasındadır. Bunu son illər ölkəmizdə təhsilin inkişafı ilə
bağlı həyata keçirilən tədbirlər, təhsilin normativ hüquqi bazasının
təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, təhsil
müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində
imzalanan çoxsaylı Sərəncamlar da söyləməyə əsas verir. Təhsil sahəsinin
inkişafı ilə bağlı həyata keçirilən bütün tədbirlər bir daha onu sübut edir ki,
Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bunun üçün
də son 15 ildir ki, uğurlu təhsil islahatı həyata keçirilməkdədir. Heydər
Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi sayəsində
respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunması,
təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin
istifadəsinə verilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanda
təhsil sahəsinin dövlətin prioritet istiqamətlərindən birini təşkil etdiyini
əyani şəkildə göstərir. Respublikamızın hər yerində olduğu
kimi Qazaxda da son 3 ildir ki, təhsil sahəsi prioritet sahələrdən hesab
olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
fəaliyyətə başladığı ilk gündən təhsil sahəsini daim diqqət mərkəzində
saxlaması, ölkə başçısının təhsil sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıq
və tövsiyələri iş fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab etməsi bu gün hər
kəsə yaxşı məlumdur. Bunu rayon rəhbərinin təhsilin keyfiyyətinin artırılması
ilə bağlı mütəmadi olaraq keçirdiyi görüş, iclas və müşavirələrdən, ən əsası da
verdiyi tapşırıq və tövsiyələrdən də aydın şəkildə görmək olur. Həmişə olduğu kimi bu gün də 2019-2020-ci
tədris ilində təhsilin keyfiyyətinin artırılması məqsədilə növbəti müşavirə
keçirilib. Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə icra aparatının
məsul şəxsləri və rayon Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq son illər ölkə başçısı İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan
yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də bölgələrimizdə qazanılan
uğur və nailiyyətlərdən danışıb. Qazax təhsilinin ildən-ilə inkişaf etməsi
üçün istər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin hər zaman diqqət
mərkəzində saxlanıldığını bildirib. Bugünkü
müşavirənin məqsəd və əhəmiyyətindən söz açan icra başçısı 2019-2020-ci tədris
ilində qarşıda duran vəzifələri, təhsilin keyfiyyətinin artırılması
istiqamətində görülən işləri müzakirə etmək olduğunu diqqətə çatdırıb. Geniş müzakirələrlə keçən müşavirədə davamiyyətin
yoxlanılması və jurnala qeyd edilməsi, məktəb kollektivinin davamiyyətinin, müəllimlərin
gündəliklərinin proqramlarının yazılıb yazılmamasının nəzarətə götürülməsi, sinif
jurnallarının tərtibi və istifadə qaydasına ciddi riayət olunması, proqramda
qeyd olunan dərs ilə jurnalda qeyd olunan dərsin uyğunsuzluğunun aradan
qaldırılması, məktəblərdə tərtib olunmuş cədvələ uyğun növbətçiliyin
aparılmasına, şagirdlərin geyiminə, səliqə və səhmanına, dərs cədvəlinə uyğun
olaraq dərs vəsaitlərinin şagirdlər tərəfindən evdə və məktəbdə istifadə
olunmasına və qorunmasına nəzarət, tədris zamanı dərs saatlarında valideynlərin
məktəb binasında dərsin gedişatına maneçilik yaratmamalarının təmin olunması, fasilələrlə
və daim məktəbə davam etməyən şagirdlər barəsində görülmüş tədbirlər, fərdi təhsilə
nəzarətin gücləndirilməsi, hər ayın sonunda valideyn iclaslarının keçirilməsi, müəllimlərin
dərs bölgüsünə uyğun dərs saatlarının aparılmasına nəzarət və s. məsələlər haqqında ətraflı söhbət
açılıb. Qeyd olunan məsələlər barədə geniş müzakirələr aparılıb və aidiyyatı
üzrə tapşırıqlar
verilib. Rayon Təhsil
şöbəsinin müdiri Nizaməddin Babanlı qeyd olunan məsələlərin haqlı olaraq söylənilən
məsələlər olduğunu qeyd edib və aradan qaldırılması üçün təhsil şöbəsinin əməkdaşları
olaraq bundan sonra da böyük səylə çalışacaqlarını bildirib. Rəhbər kimi fəaliyyətə
başladığı ilk gündən təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi
münasibətə görə rəhbərlik etdiyi kollektiv adından rayon rəhbərinə minnətdarlığını
bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş