Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi
şəkildə qəbul edərək onları narahat edən bir sıra məsələləri dinləyib,
qayğıları ilə maraqlanıb.
Şəhər sakini Nəsibova Arifə Nəsib qızının
işlə təmin olunması barədə müraciətinə cavab olaraq vətəndaşa sənədlərini
təqdim etməsi və istəyinə uyğun boş iş yeri yaranan zaman baxılacağı qeyd
edilib. Digər şəhər sakini Balaməmmədova Səkinə Murad qızının oğlunun işlə
təmin olunması ilə bağlı müraciətinə övladının su və kanalizasiya xəttinin
çəkilişində işləməsi təklif olunub.
Aşağı Əskipara kənd sakini Mehdiyeva Xavər
Müslüm qızı isə övladının bağçadan tez götürülməsinə razılıq verilməsini xahiş edib.
Vətəndaşa övladını bütün uşaqlar kimi vaxtında götürməsi bildirilib.
Qarapapaq kənd sakini Piriyeva Ülviyyə Hüseyn
qızının, Kosalar kənd sakini Alırzayeva Aytən Sarı qızının, Çaylı kənd
sakinləri Aslanov Yaqub Təmraz oğlunun, Qurbanov Camoy Camoy oğlunun müxtəlif səpkili
müraciətləri də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş