• Təqvim

  • Unutma

  • Maraq

Aqroparkda son tamamlanma işləri görülür

Aqroparkda son tamamlanma işləri görülür
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda həyata keçirilən son tamamlanma işləri ilə tanış olub.

Layihə rəhbəri Kamil Əlimirzəyev başa çatdırılmış əsas tikinti işləri barədə məlumat verərək bildirib ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun tikintisi yekunlaşıb. Eyni zamanda, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi də başa çatdırılıb.

Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilib. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıb.

Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilib. Burada ikinci nasosxana sistemi quraşdırılıb, birinci və üçüncü nasosxanalarda işlər başa çatdırılıb. Bu gün nasoslar tam gücü ilə işləyir və həmin nasoslar vasitəsilə gecə-gündüz suvarma işi həyata keçirilir.

Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.

Layihə rəhbəri son tamamlanma işləri barədə məlumat verərək bildirib ki, 2600 tonluq soyuducu anbarın tikinti və metal konstruksiya montaj işləri bitib. Üst örtüyün vurulması işləri yekunlaşıb. Hazırda soyuducu anbarda soyutma sisteminin montaj işləri yekunlaşıb, avadanlıqların sınaq testləri aparılır.

Rayon rəhbərinə bildirilib ki, inzibati binada da son tamamlanma işləri görülür. Binanın daxilində və xarici fasadında boyaq işləri aparılır ki, bu da yekunlaşmaq üzrədir.

Layihə rəhbəri onu da qeyd edib ki, bütün işlər paralel şəkildə həyata keçirilir. Hazırda kompleksin həyətində həyət abadlaşma işləri aparılır ki, bu da başa çatmaq üzrədir.

İcra Başçısına məlumat verilib ki, bu il 1030 hektar sahədə əkin işləri aparılıb. Göstərilən sahənin 190 hektarında qarğıdalı, 214 hektarında noxud, 214 hektarında kartof, 412 hektarında isə taxıl əkilib. Bunlardan arpa və buğda biçini tam başa çatdırılıb. Noxud biçininə isə ayın 20-dən sonra başlanılacaqdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görülən işlərlə yaxından tanış olduqdan sonra həyət abadlaşma işləri ilə bağlı təklif və tövsiyələrini verib.

GOYEZEN.AZ

Facebook-da paylaş