“Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” imzalanmış Sərəncamın icrası ilə əlaqədar yaradılmış komissiya üzvlərinin iştirakı ilə iclas keçirilib
Respublika
Prezidenti İlham Əliyevin tapşırığına əsasən
"Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin
artırılması tədbirləri haqqında” Sərəncamın icrası ilə əlaqədar Azərbaycan
Respublikasının Prezident Administrasiyası tərəfindən məqsədyönlü tədbirlər həyata
keçirilir. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev tərəfindən
27 iyun 2019-cu il tarixdə təsdiq edilmiş Tədbirlər Planı da bu sahədə görülən
mühüm işlərin əyani sübutudur. Respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da həmin Tədbirlər Planında qeyd olunan yerli icra
hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş tapşırıqların icrası məqsədilə
Yerli Ekspert Komissiyası yaradılıb. 4 iyul 2019-cu il tarixli 9-21/126 nömrəli
Sərəncamla yaradılmış komissiyanın tərkibinə isə icra hakimiyyətinin məsul
işçiləri, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti
idarə, müəssisə və təşkilatların rəhbərləri daxil edilib. Bu gün Qazax
Rayon İcra Hakimiyyətində həmin Yerli Ekspert Komissiyasının üzvlərinin
iştirakı ilə iclas keçirilib. Qazax Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev iclası giriş sözü ilə
açaraq ölkə başçısı İlham Əliyev tərəfindən verilən tapşırığın, bununla bağlı
hazırlanmış Tədbirlər Planının əhəmiyyətindən söz açıb. Ölkə vətəndaşlarının
torpaqdan səmərəli istifadəsi baxımından atılan bu addımın mühüm əhəmiyyət kəsb
etdiyini qeyd edib. Sonra komissiya
üzvlərinin iştirakı ilə Tədbirlər Planında icrası nəzərdə tutulan məsələlər
müzakirə olunub. Birinci müavin qeyd olunan məsələlərlə bağlı komissiya üzvlərinə
aidiyyəti üzrə bəzi tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş