• Təqvim

  • Maraq



Qazaxlı gənclər 5 Dekabr – Beynəlxalq Könüllülər Gününü qeyd ediblər


Dekabrın 5-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov açaraq gəncləri salamlayıb, 5 Dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə bütün könüllüləri ürəkdən təbrik edib, onlara könüllülüklə başladıqları yolda, gələcək fəaliyyətlərində daim uğur qazanmalarını arzulayıb. 

Tədbir gənc könüllülərin bir-birindən maraqlı rəqsləri və musiqi nömrələri ilə davam etdirilib. Qazax Gənclər evində keçirilən tədbirdə ümumilikdə 47 nəfər iştirak edib.

GOYEZEN.AZ



Facebook-da paylaş