Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib
Noyabrın 22-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib.
Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə yarışı giriş sözü ilə açaraq şagirdləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə şagirdlərə ətraflı məlumat verib.
Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvlərinə hədiyyə və diplom, II və III yerə çıxmış komandaların üzvlərinə diplom, digər komandaların üzvlərinə isə sertifikat verilib.
Yarışda 10 komanda olmaqla 40 nəfər şagird mübarizə aparıb.
“Qarabağ Azərbaycandır!” komandasının üzvləri Pərvanəyeva Gülər Adil qızı, Xəlilli Ramil Aqil oğlu, Məmmədov Ayxan Mustafa oğlu, Bayramov Toğrul Tural oğlu l yerə layiq görülüblər.
“Zəfər” komandasının üzvləri Pərvanəyeva Gülay Adil qızı, Carçıyeva Selcan Tural qızı, Vəliyeva Fidan Elşad qızı, Bollayev Eyvaz Fəxri oğlu yarışın ikincisi olublar.
“Qartal” komandasının üzvləri Məmmədova Nuray Elmar qızı, Rzayeva Ülkər Fərmayıl qızı, Qaragözova Selcan İsmayıl qızı, Ələkbərov Məhəmməd Əli oğlu III yerə çıxıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş