• Təqvim

  • Maraq



17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Milli tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib


Noyabrın 16-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Milli tariximizin şanlı səhifəsi” başlığı altında tədbir keçirilib.

Təşkilatın inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, BDU Qazax filialının tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Elşad Quliyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Aybəniz Məmmədova çıxış edərək bildiriblər ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı və müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

GOYEZEN.AZ



Facebook-da paylaş