• Təqvim

  • Maraq



44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib


"Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu  tərəfindən əldə olunan tarixi Zəfərin ikinci ildönümü, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə şəhərin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət edərək, Abidə önünə gül qoyublar.

Qazax Gənclər Evində davam edən tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.


"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin qəhrəmanlğından bəhs ediblər. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbənin hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətli olduğunu qeyd ediblər.

44 günlük Vətən müharibəsinin qazisi Turac Pirməmmədov, müharibədə iştirak etmiş, döyüşmüş gənclər Qılınc Cəfərov, Qəzənfər Xəlilov, Elcan İsmayılov keçdikləri döyüş yolundan, eləcə də, fəal gənclərimiz Lətifə Məmmədzadə, Gülnar Səmədova və Aygün Məmmədova mövzu ilə bağlı ətraflı çıxış ediblər.

GOYEZEN.AZ



Facebook-da paylaş