"Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində ilk tədbir keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində ilk tədbir keçirilib
Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunan rəsm müsabiqəsində 20-yə yaxın gənc rəssam mübarizə aparıb.
Vətən müharibəsi, qəhrəmanlarımız və doğma diyarımız Şuşa mövzularında təqdim olunan əl işləri böyük marağa səbəb olub.
Yekun nəticələrə əsasən, Aida Nəsibli I yeri tutaraq müsabiqənin qalibi adına layiq görülüb. Ruhin Xasməmmədov II, Anar Bənnayev III pillənin sahibi olublar.
Qalib və mükafatçılar müvafiq diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Bunlardan başqa, Yusif Məmmədov və Sitarə Əsgərovaya həvəsləndirici diplomlar təqdim olunub.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşı olduğu layihə çərçivəsində 15-17 noyabr tarixlərində Qazax Gənclər Evində intellektual yarışın keçirilməsi, həmçinin Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş filmin çəkilişi də nəzərdə tutulur.
GOYEZEN.AZ
Facebook-da paylaş