• Təqvim

  • Maraq



Qazaxda “Şuşa İli”nə həsr olunmuş “Əziz Şuşa, sən azadsan!” başlığı altında yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib


Oktyabrın 26-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Əziz Şuşa, sən azadsan!” başlığı altında yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib.

Qazax Gənclər evində təşkil olunmuş sərgidə 22 rəsm və əl işi nümayiş etdirilib. Ümumilikdə, 35 nəfərin iştirak etdiyi sərgidə nümayiş etdirilən işlər yeniyetmə və gənclərin böyük marağına səbəb olub.


Tədbirdə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, 44 günlük Vətən müharibəsi qazisi Sahib Qurbanov və Vətən müharibəsi iştirakçısı Məhərrəm Dəlləkov iştirak ediblər.

Tədbiri Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov açaraq tədbir iştirakçılarını salamlayıb, sərgi barədə ətraflı məlumat verib, rəsm və əl işləri sərgilənən gənclərə uğurlar arzulayıb.

Daha sonra Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov mövzu ilə bağlı çıxış ediblər.

GOYEZEN.AZ



Facebook-da paylaş