• Təqvim

  • Maraq



"İnsan kitabxanası" layihəsinə start verilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "İnsan kitabxanası" layihəsinə start verilib.

İlk görüş 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq "Göyəzən kursları"nın Azərbaycan dili və ədəbiyyatı müəllimi Elvin Əskərovla keçirilib. Gənc müəllim tədbirdə "Müəllim statusu və müəllimlərin cəmiyyətdəki mövqeyi" mövzusunda təqdimatla çıxış edib.

Təqdimat aşağıdakı başlıqları əhatə edib:

Müəllim kimdir?; 

Müəllimlik işinin xüsusiyyətləri?;

Müəllim şəxsiyyəti;

Müəllimlər hansı bacarıqlara yiyələnməli;

Effektiv müəllim-şagird münasibətləri;  

Müəllimlər haqqında deyilmiş aforizmlər; 

Diskussiya şəraitində keçən görüşdə gənclərin sualları cavablandırılıb. Tədbirin sonunda Elvin Əskərova peşə bayramı və GİKM-in Qazax nümayəndəliyi ilə sıx əməkdaşlığa görə Təşəkkürnamə təqdim olunub.


GOYEZEN.AZ



Facebook-da paylaş